Daha bir Britaniya qəzeti Əliyevləri vurdu

“Əliyev ailəsi “Eurovision” vasitəsilə özünün PR kampaniyasını aparırdı”

Azərbaycan hakimiyyəti yenidən Britaniya mətbuatında tənqid hədəfinə çevrilib. “Daily Mail”dən sonra “The İndependent” qəzeti də diqqətini ölkəmizə yönəldib.
Qəzet Bakıda bu ilin mayında keçirilmiş “Eurovision” yarışmasına Azərbaycan iqtidarının fantastik məbləğdə vəsait xərclədiyini yazır. “Neftlə zəngin olan Azərbaycan “Eurovision” üçün “Cristal Hall” konsert zalının inşasına fantastik məbləğdə pul xərclədi. Azərbaycan prezidentinin həyat yoldaşı təşkilat komitəsinin rəhbərı idi. Prezidentin ailəsi “Eurovision” vasitəsilə özünün PR kampaniyasını aparırdı”, – deyə məqalədə qeyd olunur.
Qəzet yazır ki, İlham Əliyevin bu yarışı Bakıda keçirməklə ölkədə insan haqlaranın yaxşı olmayan vəziyyətini gizlətmək istədiyi haqda rəylər var. “Qeyri-rəsmi hesablamalara görə, Azərbaycan “Eurovision” üçün 500 milyon funt sterlinq xərcləyib”, – deyə qəzet yazır.
Məqalədə Portuqlayi və Polşa kimi ölkələrin 2013-cü ildə keçiriləcək “Eurovision”da iştirakdan imtina etdikləri də xatırladılır. Bildirilir ki, Ümumi Daxili Məhsulu (ÜDM) 210 milyard dollar, adam başına düşən gəliri isə 20 min dollar olan Portuqaliya “Eurovision” yarışmasını keçirməkdən imtina edib. Qeyd olunur ki, Azərbaycanla müqayisədə bu ölkədə adam başına düşən gəlir 3 dəfə çoxdu.

İnformasiya şöbəsi