XİN modelyerə saat hədiyyəsi məsələsindən danışdı

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəli modelyer Barbaros Şansalın nazir Elmar Məmmədyarovun ona saat bağışladığı haqda dediklərin reaksiya verib.

Xatırladaq ki, modelyer bunu “Star” TV-dəki “Alişan və Sevcan” proqramın verilişlərindən birinndə deyib.

Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev “moderator.az” saytına bildirib ki, modelyerin söylədiyi doğru deyil: “Cənab nazir, həmin modelyeri heç tanımır. Bu, cəfəngiyyat bir şoudur”.