Misir yenidən qarışdı, qanlı toqquşmalarda onlarla adam yaralandı

Misirin liberal-demokratik qüvvələri prezident Məhəmməd Mursi tərəfindən qəbul edilmiş yeni konstitusiya bəyannaməsinin əleyhinə olaraq müddətsiz etiraz aksiyası elan ediblər. Misirdə iqtidarda olan “İhvan əl Müslimin” (“Müsəlman qardaşlar”) hərəkatına qarşı etiraz aksiyaları daha da güclənib.

“Müsəlman qardaşlar”ın funksioneri, ölkə prezidenti Məhəmməd Mursinin tərəfdarları ilə aksiya iştirakçıları arasında qanlı toqquşmala olub. Toqquşmalarda 27 nəfər yaralanıb.

İsgəndəriyyə şəhərində “Müsəlman qardaşları”nın ofisi yandırılıb. Süveyş, Asyuit, Giha və İsmailiyyə şəhərlərində də “Müsəlmanlar qardaşlar”ının binaları hədəfə alınıb.

Etirazların səbəbi Konstitusiyaya edilən son dəyişikliklərdir. Dəyişikliklərdə prezidentin səlahiyyətləri artırılır. Habelə məhkəmələrə parlamentin yuxarı palatasını və Konstitusiya Komissiyasını buraxmaq yasaqlanır.(milli.az)