Müxalifətin 17 noyabr mitinqində peşə fəaliyyətini yetirən zaman fiziki təzyiqə məruz qalan “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu və “Turan” agentliyinin əməkdaşı Etimad Budaqov noyabrın 22-də Daxili İşlər Nazirliyinə çağırılıb və nazirliyin Daxili Təhqiqatlar İdarəsində ifadə veriblər.
F.İlqaroğludan aldığımız məlumata görə, Daxili Təhqiqatlar İdarəsinin rəisi Möhübbət Hüseynov jurnalistlərə bildirib ki, nazir Ramil Usubov onların müraciətilə bağlı zəruri tədbirlərin görülməsini tapşırıb. Jurnalistlər idarənin əməkdaşı Asif Qubadova hadisə ilə bağlı yazılı ifadə veriblər.
F.İlqaroğlunun sözlərinə görə, hadisədə təqsirli bilinənən polis əməkdaşları müəyən olunub və növbəti mərhələdə onlarla üzləşmə prosesi keçiriləcək.
Mitinqdə döyülən jurnalistlər DİN-də ifadə verib
•
•


