İP parlamentin qarşısında aksiya keçirəcək

İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib. Bu barədə “Azadlıq”a məlumat verən Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal bildirib ki, dünənki iclasda iki qərar qəbul olunub. Onun sözlərinə görə, dünənki iclasda dekabrın 10-da Milli Məclisin qarşısında parlamentin buraxılması tələbilə piket keçirilməsi barədə qərar qəbul olunub.
“Dünənki iclasda həmçinin Israilin Qəzzaya hərbi müdaxiləsi də müzakirə mövzusu olub. Ictimai Palata hesab edir ki, Israilin Qəzzaya hərbi müdaxiləsi nəticəsində mülki vətəndaşların, uşaqların öldürülməsi bəşəriyyətə qarşı cinayətdir. Ictimai Palata Israilin keçirdiyi hərbi əməliyyatları pisləyir”.