Rusiyada vertolyot qəzası olub

Omsk vilayətinə 20 nəfərlik sərnişinlə «Mi-8» vertolyotu düşüb.

Lent.az-ın «İnterfaks»a istinadən məlumatına görə, sər eniş nəticəsində 8 nəfər xəsarət alıb, ağır yaralanmış 5 nəfər isə xəstəxanaya yerləşdirilib.

O biri sərnişinlərin tibbi yardıma ehtiyacı olmayıb. Yerli uyğun qurumlar bildirib ki, yaralıların həyatı üçün ciddi təhlükə yoxdur.

Vertolyot «YuTeyr» aviaşirkətinə mənsub olub.