Ərdoğan Misirə getdi

Qahirədə Suriya məsələsi də müzakirə olunacaq

Türkiyənin baş naziri RəcəbTayyib Ərdoğan bu gün Misirə səfər edib. Qahirə hava limanında baş naziri misirli həmkarı Xişam Kandil qarşılayıb. Səfər çərçivəsində Ərdoğan ölkə başçısı Məhəmməd Mursi ilə də görüşəcək. «Azadlıq.info»nun «Anadolu» agentliyinə istinadən yaydığı xəbərə görə, Ərdoğan Qahirə universitetində çıxış edəcək, həmçinin Türkiyə-Misir yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcək. Tədbirin sonunda hər iki ölkənin baş naziri mətbuat konfransı keçirəcək. Qahirədə Ərdoğanın Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi ilə də görüşü gözlənilir. Tərəflər Suriyadakı vəziyyəti və İsrailin Qəzza sektoruna hücumunu müzakirə edəcək.