ACP liderindən 17 noyabr aksiyasına dəstək

Rəsul Quliyev aksiyaya qatılmağı “namus, qeyrət borcu” adlandırdı

“Facebook” fəllarının çağırışı ilə sabah keçiriləcək aksiyaya ACP lideri Rəsul Quliyevdən də dəstək gəldi.
Aksiyanın “Parlament buraxılsın-2” adı altında yaradılan facebook səhifəsində Rəsul Quliyev bunları yazıb: “Orada iştirak etmək hər kəsin vətəndaşlıq borcudur. Namus, qeyrət borcudur. Torpaqlarını azad etmək borcudur. Bu rejimlə xalqın gələcəyi yoxdur”.
Bir neçə gün öncə yaradılmasına baxmayaraq bu gün (16 nayabr)  “Parlament buraxılsın-2” etirazçı səhifə vasitəsi ilə 72 min nəfərədək adama aksiyaya qoşulmaq çağırışı göndərilib.
Analoji “Parlament buraxılsın” səhifəsi vasitəsi ilə “Facebook” fəalları oktyabrın 20-də Bakının mərkəzində aksiya keçirmişdilər.