Əhməd Davudoğlu: “Suriya Milli Koalisiyasını Suriya xalqının legitim təmsilçisi olaraq tanıdığınızı bəyan edirəm”
Fransa və ABŞ-dan sonra Türkiyə də Suriya Milli Koalisiyasını (birləşmiş müxalifət) Suriya xalqının legitim təmsilçisi olaraq tanıdığını açıqladı.
Cibutidə keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 39-cı toplantısında çıxış edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu “Türkiyə Suriya Milli Koalisiyasını Suriya xalqının legitim təmsilçisi olaraq tanıdığını bəyan edir. İƏT-dəki qardaşlarımızdan da eynisini etmələrini gözləyirik” deyə bildirib.
Nazir Suriyada yaşanan faciəyə toxunaraq, 39 mindən çox insanın qətl edildiyini və Əsəd rejiminin vətəndaşları hədəf almağa davam etdiyini deyib. Davudoğlu bildirib ki, faciənin davam etməsinə səbəb “legitimliyini itirmiş Əsəd rejiminin” Suriya xalqının haqlı tələblərini rədd etməsidir.
Davudoğlu Suriya müxalifətinin və xalqının daha çox dəstəyə layiq olduğunu deyərək, beynəlxalq birliyi dəstək verməyə çağırıb.
“Azadliq.info”


