İctimai Palata 17 noyabr aksiyasına dəstək verdi

Noyabrın 14-də İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib. KŞ-nin dönəm sədri Rauf Arifoğlu bildirib ki, gündəliyə sosial şəbəkə fəallarının noyabrın 17-nə təyin etdiyi mitinqə münasibətlə başlayan İP KŞ qərar verib ki, aksiya dəstəklənsin.
Məlum olduğu kimi, sosial şəbəkələrdə 17 noyabrda Bakının mərkəzində mitinqin təşkil olunması barədə kampaniya gedir. Bu, “parlament buraxılsın” tələbi ilə ikinci belə təşəbbüsdür. Mitinq barədə artıq Bakı meriyasına rəsmi müraciət olunub. İP KŞ bunu müzakirə edərək, ölkədə köklü demokratik dəyişiklilər uğrunda edilən bütün təşəbbüsləri dəstəklədiyini bildirib. Qərara alınıb ki, bu xüsusda bir qrup sosial şəbəkə fəalının 17 noyabr aksiyası və Müsavatın 10 dekabra təyin etdiyi aksiyalar dəstəklənsin.
Daha sonra İP-də struktur dəyişikiyi, qarşıdakı prezident seçkilərinə münasibət müzakirə edilib. Müzakirə zamanı bir sıra təkliflər səslənib. Yekunda qərara alınıb ki, bu mövzuda müzakirələr davam etdirilsin. Növbəti iclasa islahatlar paketi hazırlansın və müzakirəyə təqdim edilsin.

İnformasiya şöbəsi