kerem hesenov

Kərəm Həsənov seçki ərəfəsində “vurulacaq”

kerem hesenovKomitə sədri ailə layihələrininin icrasında buraxdığı səhvlərə görə “qara siyahı”ya salınıb

Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov ölkə başçısı Ilham Əliyevin qəzəbinə gəlib. “Azadlıq”a daxil olan məlumatlara görə, Kərəm Həsənov Heydər Əliyev Mərkəzində təmir işlərini vaxtında başa çatdırmadığına görə ölkə başçısı tərəfindən sərt şəkildə danlanılıb.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzindəki yanğın baş verən zaman da Kərəm Həsənov Ilham Əliyevin danlağına tuş gəlmişdi. Ümumiyyətlə, komitə sədri hakim ailənin bir neçə iri layihəsini həyata keçirərkən ciddi “çp”yə yol verib. Heydər Əliyev Mərkəzində əvvəl Kərəm Həsənov “Alov qüllələri”nin inşasını vaxtında baş çatdıra bilməmişdi. Bu qüllələrin inşası “Eurovision” yarışmasına qədər başa çatdırılmalı idi. Lakin bubaş vermədi. Əksinə məlum oldu ki, qüllələrdən biri sürüşür.
Məlumatlarda deyilir ki, bütün bunlar artıq Kərəm Həsənovun “qara siyahı”ya düşməsinə səbəb olub. Iddia olunur ki, komitə sədri seçki ərəfəsində ilk “vurulan” məmurlardan olacaq.