Suriya ordusundan qaçan 7 general Türkiyəyə pənah gətirib. Generallarla yanaşı onların 20-yə yaxın ailə üzvləri də Türkiyəyə gəliblər. Ailə üzvləri arasında İdlib şəhərindəki son atışma zamanı yaralanan uşaqlar da var. Suriya hərbiçiləri silahlıların müşayəti ilə Hatay vilayətində qaçqınlar üçün salınan hərbi düşərgəyə aparılıblar. Elə orda yaralılara tibbi yardım göstərilib.
Onu da qeyd edək ki, generalların Türkiyəyə keçməsindən sonra sərhədi daha 100 suriyalı keçib. Türkiyə KİV-nin məlumatına görə, hazırda Türkiyədə 40-a yaxın Suriya ordusunun generalı var.
azadliq.info


