Demokratlar partiyasının namizədi Barak Obama ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazandı. Hazırki ABŞ prezidenti 275, respublikaçı Mitt Romni isə 203 səs qazanıb. Bu seçkilər ABŞ tarixində sayca 57-di. Obama Delaver (59% 40 %-ə qarşı), Florida (50% 49% qarşı), Kolumbiya dairəsi (922% 7%-ə qarşı), Rod Aylend (63% 35% qarşı), İllinoys (57% 41% qarşı), Nyu-Cersi (59% 40% qarşı), Ohaya (50% 49% qarşı), Vermont (67% 31% qarşı), Kolorado (51% 47% qarşı) ştatlarında qalib gəlib.
Mitt Romni Şimalı Karolina (51% 48% qarşı), Kentukki (60% 38% qarşı), Tennesi (60% 39% qarşı), Luiziana (60% 38% qarşı), Texas (59% 40% qarşı) ştatlarında qələbə qazanıb.
“Azadliq.info”


