Artıq ilk məntəqə açılıb Noyabrın 6-da Amerika xalqı növbəti prezidentini seçir. Artıq New Hampshire ştatının Dixville Notch şəhərində ilk seçki məntəqəsi açılıb.
Prezidentlik kürsüsü uğrunda Demokratlar partiyasından Barak Obama, Respublikaçılardan isə Mitt Romney mübarizə aparır. Seçki gününə yaxın hər iki namizəd seçimində tərəddüd edən bölgələrin seçiciləri ilə görüşüb. Ötən gün Romney Florida, Virginia, New Hampshire və Ohio-da, Obama isə Visconsin, İova və eynilə Ohio-da olub. Ohio ştatında seçkilərin xüsusilə gərgin keçəcəyi gözlənilir. Son rəy sorğusuna görə, Barack Obama bu cür 9 ştatda rəqibini üstələyir. Bu gün amerikalılar prezidenti ilə yanaşı, həm də bir neçə qubernator, Nümayəndələr Palatasının tərkibini və Senatın 1/3 hissəsini seçir.


