Mühüm strateji Taftanaz bazasını uğrunda isə döyüşlər gedir
Suriyalı müxaliflər mühüm strateji əhəmiyyətə malik hava qüvvələrinə aid Taftanaz hərbi bazasına hücum edib. Üsyançılar hücum anlarını videokadrlara köçürüblər. Görüntülərdə müxaliflərin Hələb və Dəməşq arasındakı mühüm bölgəni ələ keçirməyə çalışdıqları bildirilir. Yayılan məlumatlara görə, ölkənin şimalında strateji bölgənin nəzarətini ələ almaq istəyən müxaliflər geniş hərbi əməliyyatlara başlayıb.
Suriya İnqilab Şurası bundan başqa müxaliflərin Bəşər Əsəd qüvvələrinə aid 123 hərbi obyektə zərəbələr endirdiyini açıqlayıb. “Azad Suriya Ordusu”nun əsgərləri isə iki həftə davam edən şiddətli döyüşlərdən sonra İdlib şəhərindəki Duveyla hava hücumundan müdafiə bazasını ələ keçirib. Oradakı cəbbəxananı dağıdaraq silahları götürüblər.


