Məmmədyarov Nalbandyanla Ramil Səfərov məsələsini müzakirə edə bilər
Vəfa Quluzadə: «Azərbaycan bununla bağlı danışıqlar aparsa, özünü alçaltmış olar»
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri oktyabrın 27-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Erməni mətbuatının bu barədə yaydığı məlumata əsasən, görüşdə Ramil Səfərovun azad olunmasının danışıqlar prosesinə vurduğu zərbə və vəziyyətdən çıxış yolları müzakirə olunacaq.
Qeyd edək ki, bu R.Səfərovun azad edilməsindən sonra XIN rəhbərlərinin ilk görüşüdür.
Parisdə baş tutacaq görüşdə Ermənistan tərəfinin Ramil Səfərovla bağlı Azərbaycana şərtlər irəli sürəcəyini də gözləmək olar. Bəs Azərbaycan bu şərtlərə razılaşacaqmı və görüş dondurulan danışıqların bərpası hesab edilə bilərmi?
Politoloq Vəfa Quluzadə erməni mətbuatının yaydığı məlumatı şayiə adlandırdı. Çünki Ramil Səfərov məsələsi artıq danışıqlar mövzusu deyil. Dəfələrlə terrorçuları əfv edən Ermənistanın bu məsələdə dili qısadır. Azərbaycan bununla bağlı danışıqlar aparsa, özünü alçaltmış olar.
Ekspert xarici işlər nazirlərinin görüşünün dalana dirənən danışıqların müəyyən formatda canlanmasına yönələ biləcəyini də istina etmədi.
Fizzə