Bakıda avtomobil oğrusu yaxalanıb

Bakıda avtomobil qaçırmaq, avtomobillərdəki maqnitofon və səsgücləndiriciləri oğurlayan şəxs yaxalanıb. Lentaz-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Əli Şərifova məxsus “VAZ-2107” markalı və oktyabrın 21-də Rahib Niyyətova məxsus “VAZ-2106” markalı avtomaşınları qaçırmış, oktyabrın 25-də Həbib Allahverdiyevə məxsus “VAZ-2106” markalı avtomaşından 330 manat, habelə maqnitofonu və səsgücləndiriciləri sökərək oğurlamış Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağarza Bağırov tutulub.
“VAZ-2107” markalı avtomaşın Sabunçu qəsəbəsinin ərazisində tapılıb, “VAZ-2106” markalı avtomaşın isə Ağarza Bağırovun həyətində aşkar edilib.

Informasiya şöbəsi