Türkiyənin Tuinceli vilayətində PKK terrorçularına qarşı keçirilən hərbi əməliyyatda 4 terrorçu məhv edilib. ANS PRESS “Doğan” agentliyinə istinadən xəbər verir ki, öldürülən terrorçuların üzərindan çıxan “Zagros” adlı silah əməliyyatı həyata keçirən xüsusi təyinatlı polisləri şoka salıb. Buna səbəb, kustar üsulla hazırlanmış bu silahla helikopter və zirehli döyüş maşınlarını məhv etmənin mümkün olmasıdır.
Məlumata görə, “Kannas” adlı snayper və “Doçka” adlı zenit silahlarından hazırlanmış “Zagros”un 5-6 km güllə mənzili var və 4 km məsafədə böyük təsir qüvvəsinə malikdir. Qeyd edək ki, normal zenit silahının çox ağır olması dağlarda bu silahdan istifadəni çətinləşdirir. “Zagros”un isə cəmisi 8 kq çəkisi var və bir terrorçu bu silahı çiynində rahatlıqla daşıya bilər. Silahla 12.7 mm diametrlik gülləni atmaq mümkündür.
Təhlükəsizlik qüvvələri Şimali İraqda hazırlanan bu silahdan PKK-da 50 ədəd olduğunu, bunlardan 3 ədəd Tunceli, 3 ədəd Diyarbəkir, 10 ədəd Hakkari və Şırnak bölgələrində olmaqla Türkiyədə 16 ədəd olduğunu müəyyənləşdirib.