Ərdoğan və Putin dalaşıb

İki lider arasında sərt telefon danışığı baş tutub

Suriya Türkiyə və Rusiya arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Belə ki, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putini Bəşər Əsəd rejimini vaz keçirməyə çalışarkən Kreml rəhbərinin sərt reaksiyası ilə üzləşib. Türkiyənin “Aydınlık” qəzeti oktyabrın 8-də iki ölkə rəhbəri arasında baş tutan danışığın stenoqrammını açıqlayıb:

Putin: “Bir türk əsgəri belə Suriya sərhədini keçsə, Rusiya çox sərt reaksiya verəcək”.

Ərdoğan: “Bu təhdiddir? Bizim üçün bu qəbuledilməzdir”.

Putin:”Necə istəyirsiniz, elə də düşünün. Amma mən sözümü dedim”.

Qəzetin yazdığına görə, bu sözlərdən sonra Ərdoğan telefonun dəstəyini yerə atıb, lakin Suriya və fələstinli mənbələr isə bunun Putinin etdiyini iddia edirlər.