İsrail Qəzaya gedən daha bir gəmiyə hücum etdi

Hərbi donanma “Estelle” gəmisini mühasirəyə aldı; xüsusi təyinatlılar göyərtəyə girdi

İsrail Qəzzaya tətbiq olunan blokadı yarmağa çalışan və bölgəyə yardım aparan daha bir humanitar yük gəmisinə basqın edib. Hərbi qüvvələr adından açıqlama verən Avihay Adray “Estelle” gəmisinin Qəzza quru sularını pozduğu səbəbiylə İsrail donanmasına bağlı xüsusi təyinatlılar tərəfindən saxlandığı bildirib. Əsgərlər gəminin göyərtəsinə çıxaraq nəzarəti ələ keçiriblər.

Qəzzadakı Embarqonu Qırma Xalq Komitəsinin üzvü Əli ən Nazlı gəminin Qəzza quru suları yaxınlığında dayandırıldığını söyləyib. İsrail donanmasına aid gəmilər “Estelle”’ gəmisini Aşdod limanına istiqamətləndirdiyi açıqlanıb. Gəminin göyərtəsində olan 30 sərnişin israilli hərbçilərə müqavimət göstərməyib. Gəmini Qəzzaya göndərən İsveçdəki “Ship to Gaza”nın spikeri Viktoriya Strand “Associated Pressə” verdiyi açıqlamasında silahlı və maskalı əsgərlərin gəmiyə mindiyini, rabitə vasitələrini sıradan çıxardıqlarını deyib. Fəallar yardım gəmisini İsrail dəniq qüvvələrinə aid 6 donanma gəmisinin mühasirəyə aldığını bildirib.

“Estelle” gəmisinin mətbuat üzrə nümayəndəsi Stefan Qranam da İsrail əsgərlərinin gəmiyə səhər saatlarında özdə beynəlxalq sularda müdaxilə etdiyini söyləyib. Qeyd edək ki, “Estelle” gəmisi İsveçdən iyulun 20-də Qəzzadakı embarqonu qırmaq və bölgəyə humanitar yardım çatdırmaq üçün yola çıxmışdı. Gəmidə İsveç, Norveç, Kanada, İspaniya, Yunanıstan və İsrail əslli bir çox millət vəkili, alim, jurnalist və sənətçi yer almışdı.