Azərbaycan Ordusunun Ağdam rayonunda yerləşən hərbi hissəsində ölüm hadisəsi baş verib. APA-nın xəbərinə görə, bu gün 1994-cü il təvəllüdlü əsgər Əliyar Arif oğlu Zülfüqarov tabeliyində olan silahdan açılan atəş nəticəsində ölüb. Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
İnformasiya şöbəsi