Bakıda 30 yaşlı piyada vuruldu

Sürücü hadisə yerindən qaçıb

Paytaxtın Yasamal rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müəyyən edilməmiş avtomaşın 30 yaşlı kişini vuraraq hadisə yerindən qaçıb. Nəticədə piyada hadisə yerində ölüb. Hazırda hadisəni törədən avtomobil və onun sürücü axtarılır.