Oktyabrın 16-da saat 16.30 radələrində Yevlax şəhəri ərazisindəki maye-qaz doldurma məntəqəsində partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məntəqədə işləyən Elbrus Abdullayev məişətdə istifadə olunan qaz balonunu doldurarkən partlayış olub.
Nəticədə E.Abdullayev hadisə yerində ölüb. Faktla əlaqədar araşdırma aparılır.