Daha 3 rayonun prokuroru işdən çıxarıldı

Prokurorluq sistemində növbəti kadr dəyişiklikləri olub. Daha bir neçə rayonun prokuroru işdən çıxarılıb. APA-nın məlumatına görə, Ağcabədi rayon prokuroru Həsən Mirzəyev, Lerik rayon prokuroru Salman Səmədov, Saatlı rayon prokuroru Valeh Vəliyev səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək sərəncama götürülüblər.

Ağcabədi rayon prokurorunun vəzifəsini Ərəstun Quliyev, Lerik rayon prokurorunun vəzifəsini Natiq Abdullayev, Saatlı rayon prokurorunun vəzifəsini isə Əlimirzə Əliyev icra edir.