“BP-Azerbaijan”-ın vitse-prezidenti dəyişir

Qari Hyuston başqa vəzifəyə təyinat alıb

Yaxın vaxtlarda BP-Azerbaijan şirkətində yeni təyinatlar gözlənilir. Şirkətin quyular üzrə vitse-prezidenti Qari Krisman öz postunu tərk edir. O, Hyustonda yeni təyinat alıb və BP-nin Quyular üzrə İnstitutunun (Global Wells Institute) vitse-prezidenti olacaq. Krismanın yerinə kimin təyin olunacağı hələlik açıqlanmır.

Qeyd edək ki, ötən həftə hökumətin iclasında dövlət başçısı “Azəri-Çıraq-Günəşli” müqavilə sahəsində neft hasilatının kəskin azalmasına görə layihənin operatoru BP şirkətini tənqid edib. Sonradan məlum olub ki, bunun əsas səbəblərindən biri istismar quyuları üzrə qazma işlərinin vaxtında aparılmamasıdır.

BP-Azerbaijan öz saytında şirkətin top-menecmentində kadr dəyişikliyinin olacağını bildirib. BP-Azerbaijan aşağıdakı layihələri idarə edir: neft hasilatı üzrə “Azəri-Çıraq-Günəşli”, qaz hasilatı üzrə “Şahdəniz”, kəşfiyyat layihəsi üzrə “Şəfəq-Asiman, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tblisi-Ərzurum qaz kəməri. (TURAN)