Millimiz Rusiyaya uduzdu

Bu gün “DÇ-2014″ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandası bu gün seçmə mərhələdə üçüncü matçına çıxıb.

Son iki oyundan 1 xalla ayrılan Berti Foqtsun komandası bu dəfə səfərdə Rusiya yığmasının qonağı olub. Hazırda qrupun lideri olan Rusiya millisi bu görüşün əsas favoriti hesab olunurdu. Matçın taleyini bir qol həll edib. Roman Şirokovun matçın 83-cü dəqiqəsində penaltidən vurduğu qol ruslara qələbə qazandırıb – 1:0.

Bu axşam qrupumuzda daha iki oyun baş tutacaq. İsrail millisi öz meydanında Lüksemburqla qarşılaşacaq. Portuqaliya yığması isə öz meydanında Şimali İrlandiya ilə üz-üzə gələcək.