Millimizin Rusiya sınağı

Bu gün “DÇ-2014″ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandası bu gün seçmə mərhələdə üçüncü matçına çıxacaq.

Son iki oyundan 1 xalla ayrılan Berti Foqtsun komandası bu dəfə səfərdə Rusiya yığmasının qonağı olacaq. Hazırda qrupun lideri olan Rusiya millisi bu görüşün əsas favoriti hesab olunur.

Bu axşam qrupumuzda daha iki oyun baş tutacaq. İsrail millisi öz meydanında Lüksemburqla qarşılaşacaq. Portuqaliya yığması isə öz meydanında Şimali İrlandiya ilə üz-üzə gələcək.