“Gürcü Arzusu”nun namizədi oğlunun biznesi olduğuna görə nazir postundan imtina etdi
Gürcüstanda oktyabrın 1-də keçirilmiş parlament seçkilərinin qalibi müxalif “Gürcü Arzusu” koalisiyası yeni hökumətin tam tərkibini açıqlayıb. Yeni hökumətdə əmək, səhiyyə və sosial müdafiə naziri postuna namizədliyi irəli sürülmüş Amirak Qamkrelidze ona təklif olunmuş vəzifəni tutmaqdan imtina edib. Qamkrelidze qərarını oğlunun Gürcüstanda böyük sığorta şirkətinin rəhbəri olmasıyla əlaqələndirib.
“Mənim oğlum böyük sığorta şirkətinin rəhbəridir. Qanunla maraqlarımızın toqquşması mümkün deyil. Lakin mənəvi baxımdan bu vəzifəni tutmaqdan imtina etdim” deyən Amirak Qamkrelidze onun namizdəliyini irəli sürmüş “Gürcü Arzusu” blokunun lideri Bidzina İvanişvili və oğlunu arzuolunmaz duruma düşürməmək üçün belə qərara gəldiyini söyləyib.