ulduz fali

Günün ulduz falı (16.10.12)

QOÇ
Bu gün kifayət qədər çətin gündür. Birbaşa hərəkətə keçmək mümkün olmadığından siz hiyləyə əl atacaqsınız. Işgüzar danışıqlar üçün münasib gün deyil. Yaşca sizdən böyük olan şəxslə aranızda konflikt yaşanacağı ehtimal edilir.
BUĞA
Bu gün yeni başlanğıclar üçün münasib vaxt deyil. Yeni müttəfiqlərlə əməkdaşlığa başlamağınız məsləhət görülmür. Bugünkü romantik görüşün pis keçməyəcəyi bildirilir. Bürcün bəzi nümayəndələri çoxdan arzuladıqları sevgi etirafını bu gün eşidəcəklər.
ƏKIZLƏR
Darıxdırıcı gündür. Ideyalarınıza mənfi reaksiya veriləcək. Yaxşılığa doğru dəyişikliyi yalnız şəxsi müstəvidəki işlərinizdən gözləyin. Yola çıxarkən ehtiyatlı olun, zədə almaq təhlükəsi böyükdür.
XƏRÇƏNG
Uğurlu gündür. Köhnə və yeni problemlərin həlli üçün əla üsul tapacaqsınız. Istənilən konflikti aydınlaşdırmaq sizin üçün asan olacaq. Əks cinsin nümayəndələri sizə biganə olmayacaq. Bu baxımdan yeni romantik macəra ehtimalı böyükdür.
ŞIR
Məhsuldar gündür. Xırda və mənasız problemlərə baş qoşmayın və diqqətinizi işinizə yönlədin. Sizə rəğbəti olmayanların haqqınızda dedi-qodularına diqqət yetirin ki, ondan da faydalana biləsiniz. Dostlarla ünsiyyətdə olmaq üçün əlverişli gündür.
QIZ
Iş baxımından əlverişli gündür. Maliyyə məsələlərinin həlli üçün də yaxşı gündür. Bərbad durum şəxsi müstəvidə özünü göstərəcək. Bu sferada fikir ayrılığı, mübahisələr müşahidə olunacaq.
TƏRƏZI
Sizi çox çətin gün gözləyir. Intriqalardan uzaq olmağa çalışın. Bugünkü alış-verişinizin də uğursuz olacağı bildirilir. Tez-tez yaxınlarınızla mübahisə edirsiniz. Nəzərə alın ki, bir balaca güzəştə getsəniz, bu mübahisələr də olmaz.
ƏQRƏB
Xoş gündür. Mötəbər şəxslərə özünüzü yaxşı tərəfdən nümayiş etdirəcəksiniz. Daxil olan işgüzar təklifi heç bir tərəddüd hissi keçirmədən qəbul edə bilərsiniz. Ideyalarınız dəstəklənəcək. Hədiyyə, xoş sürpriz də gözlənilir.
OXATAN
Hadisələrin ləng inkişaf etməsi bir balaca sizi qıcıqlandıracaq. Buna baxmayaraq, bu gün siz daha səbrlisiniz. Bu isə o deməkdir ki, istənilən çətin məsələni həll edə bilərsiniz. Alış-veriş üçün günün ikinci yarısı məsləhətdir.
OĞLAQ
Hədər yerə ümid etməyin, bu gün çoxlu, amma boş vədlər eşidəcəksiniz. Kimlərsə sizi dolaşığa salmaq istəyəcək. Açıq konflikt gözlənilməsə də, narazılıq sükutla da olsa, özünü biruzə verəcək.
DOLÇA
Sizi narahat hisslər bürüyəcək, ürəyinizə daman isə heç də əsassız deyil. Özünüzdən savayı heç kimə güvənə bilmirsiniz. Ulduzlar həyatına yenilik gətirmək arzusunda olanları istənilən istiqamətdə dəstəkləməyə hazırdır.
BALIQLAR
Ən uğurlu günlərdən biridir. Uğurun birinci hissəsi xoş xəbər və əlaqələrin bərpası ilə bağlı olacaq. Söhbət o əlaqələrdən gedir ki, siz onlara böyük önəm verirsiniz. Günün ikinci yarısı isə yeni başlanğıclarda uğur vəd edir. Bu gün sizi sevənləri bir kəlmələrindən anlayacaqsınız.