Bazar qiymətindən ucuz qurbanlıq heyvanlar bu yerlərdə

Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışını təşkil edəcəklər. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq:

Sabunçu rayonu

–    Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, dəmiryolu stansiyasının yanı;
–    Zabrat-Kürdəxanı yolu, Zabrat dairəsi;

Nərimanov rayonu

–    Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı;

Xətai rayonu

–    Nobel prospekti, “Nargilə” kafesinin yanı;
–    Gəncə prospekti, “Fərid” şadlıq evinin qarşısı;

Suraxanı rayonu

–    Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı;
–    Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, “Bakı Toxuculuq” ASC-nin yanı;
–    Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, “Neftçi” stadionunun yanı;
–    Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı yaşayış evinin yanı;
–    Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı.