Bakıda Şakiraya 100 minlik üzük bağışlayıblar

Bir neçə gün Bakıda Şakira rüzgarı əsdirən və möhtəşəm konsertlər verən kolumbiyalı müğənni Azərbaycan paytaхtından özəl bir hədiyyə ilə gedib. “Olaylar” informasiya agentliyi xəbər verir ki, Azərbaycanın tanınmış iş adamlarından biri fanatı olduğu müğənniyə qədim və dəyəri 100 minlərlə hesablanan brilyant üzük bağışlayıb. Agentlik iş adamının adını etik səbəblərdən açıqlamadığını yazır.

Məlumata görə, fanat «əgər oğlunuz müsəlman olsaydı, mütləq ona kirvəlik edərdim» – deyə bildirib və qiymətli hədiyyə Şakiranın çoх хoşuna gəlib.