İlham Əliyevin BP-yə hücumu Moskvadan qaynaqlanır?

Ölkə başçısı İlham Əliyevin BP-yə qarşı ittihamları dünya medisaının gündəmində özünəməxsus yer tutub.
Britaniyanın tanınmış nəşri “The Telegraph”ın əməkdaşı Emili Qodsen
Də bu mövzuda yazıb. Məqalə “Business insider” saytında dərc olunub.
Müəllif yazır ki, dünya karbohidrogen hasilatının 4%-nə malik ölkənin prezidenti BP-yə dramatik hücüma keçib.
“Ən pisi odur ki, Azərbaycanın siyasi lideri, korporasiyanın dostu sayılan şəxs şirkət üçün münasib olmayan bir vaxtda onun üstünə düşdü. Belə ki, şirkət hələ də Meksika körfəzindəki ekoloji qəzanın nəticələrinin “acısını çəkir”. Rusiya sahibkarlıq meydanında perspektivlər daha da dumanlı görünür. Rusiya rəhbərliyi şirkəti sıxışdırır”, – deyə məqalədə qeyd olunur.

Müəllif “RBC Capital Markets”in analitiki Piter Hatsonun sözlərinə də yer verir. Ekspert bildirib ki, bu acıqlı sözlər başqa məmurun dilindən çıxsaydı, dərd yarı idi. Hatson rəsmi Bakı ilə Moskvanın vurduğu  zərbənin sinxronluğunu təəccüblü saymayıb. Onun fikrincə, MDB ölkələri indiyədək sıx əlaqədədir.
Bununla belə, ekspert hesab edir ki, BP “nümayişkaranə hücumun” öhdəsindən gələcək.
Məqalə “Turan”ın tərcüməsi əsasında hazırlanıb.