Böyük Britaniya Şotlandiyaya müstəqillik şansı verir

2014-cü ildə Şotlandiyada müstəqillik referendumu keciriləcək

2014-cü ildə Şotlandiyada müstəqilliklə bağlı referendum keçiriləcək. Bununla bağlı Böyük Britaniyanın baş naziri Devid Kemeron və Şotlandiyanın 1-ci naziri Aleks Salmond sənədə imza atıblar. Referendumda yalnız bir sual və iki cavab variantı qoyulacaq. “Şotlandiya müstəqil olsunmu?” – “hə” yoxsa “yox”. BBC-nin məlumatına görə, referendumun dəqiq tarixini yaxın aylarda Şotlandiya parlamenti müəyyən edəcək. Həmçinin qanunverici orqan 16 və 17 yaşlı şotlandların səsvermədə iştirak edib etməyəcəyini müəyyələşdirəcək. Onu da qeyd edək ki, hazırda Aleks Salmondun rəhbərlik etdiyi Şotland Milli Partiyası artıq 80 ildir ki, müstəqilliklə bağlı məsələni qaldırır.

İnformasiya şöbəsi