39 min metrdən yerə tullandı (VİDEO)

Oktyabrın 14-də Avstryalı pilot Feliks Baumqartner 39 kilometrlik yüksəklikdən yerə tullanaraq dünya rekordu vurub. Heliumla dolu balonun stratosferə çıxardığı Red Bull Stratos kapsulu ilə 39 min metrdən də çox yüksəkliyə qalxan, xüsusi skafandr geyimli Feliks Baumqartner kapsuldan yerə tullanıb.

5 dəqiqə ərzində Yerə doğru sərbəst uçan pilot fantastik sürət götürərırk səs sürəti həddini aşıb və yalnız bundan sonra paraşütünü açıb. Artıq 35-ci saniyədən sonra Baumqartner saatda 1100 km-ə  yaxın sürət alıb.

İnsan orqanizminin belə ağır təsirlərə necə tab gətirəcəyi tam olaraq aydınlaşdırmadığından Baumqartnerin cəhdini çox riskli addım sayırdılar. Odur ki, onun sağ-salamat yerə enməsi ümumi sevinc və şadyanaqla qarşılanıb.

Buna qədər mövcud olan rekord 31 333 metr idi. 1960-cı ildə amerikalı Joe Kittinqer belə ağlagəlməz məsafədən yerə sağ-salamat enməyə nail olmuşdu.