Klintonun müavini Bakıda

ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin Azərbaycanda səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, E. Rubin Bakıya oktyabrın 12-də gəlib.

Bu gün onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulur.

Oktyabrın 15-də isə E. Rubin xarici işlər naziri Elmar Məmmədyarov, işgüzar dairələr və QHT təmsilçiləri ilə görüşəcək.

Səfərin əsas məqsədi ABŞ-Azərbaycan əməkdaşlığının perspektivlərini müzakirə etməkdir.