Ictimai Palatanın üzvləri Bakı şəhər Icra Hakimiyyətini məhkəməyə verib. Demokratiya və Insan Hüquqları Resurs Mərkəzinin rəhbəri Əsabəli Mustafayevin APA-ya verdiyi məlumata görə, IP-in üzvləri Gülağa Aslanlı, Asəf Quliyev və Azər Canıyev adından iddia ərizəsi 1 saylı Bakı Yerli Inzibati-Iqtisad Məhkəməsinə təqdim olunub. Yaxın günlərdə iddia əsasında məhkəmə prosesi başlayacaq.
Qeyd edək ki, adları qeyd olunan şəxslər oktyabrın 13-də Bakıda mitinq yürüşün keçirilməsi üçün IP adından BŞIH-ə müraciət ediblər. Lakin BŞIH onlara Bayıl qəsəbəsində 20-ci sahədə mitinq keçirməyi məsləhət görüb. Iddiada həmin qərarın əsassız hesab olunması, yürüş-mitinqin keçirilməsinə icazə verilməsi tələb olunub.