Bu gecə saat 22.00-da Bakının Nizami rayonunda beton zavodun ərazisində yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, zavodun ərazisində sahəsi 30 kvadrat metr olan tikilinin dam örtüyü 15 kvadrat metr sahədə və içərisində hər birinin gücü 6 kVt olan transformatorların sarğıları, yağı yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.