BBC-nin Azərbaycan bölməsi bugünlərdə maraqlı bir məlumat yayıb. Məlumatda ayrı-ayrı ölkələrdə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevə, həmçinin Xocalıya qoyulan abidələrin sayı qeyd olunub. Məlum olub ki, Heydər Əliyevin heykəlləri Qaqauziya, Moldova, Kiyev, Tbilisi, Qars, Istanbul, Ankara, Qahirə, Ulyanovsk, Dağıstan, Həştərxan, Rusiya, Belqrad, Daşkənd, Buxarest və bir neçə başqa yerdə var. Xocalıya abidə qoyulan yerlər isə bunlardır – Berlin, Sarayevo, Qars, Ankara, Haaqa…
Göründüyü kimi, hakimiyyət Heydər Əliyevi ən azı 15, Azərbaycanın qan yaddaşına həkk olunan Xocalı faciəsini isə cəmi 5 abidə ilə əbədiləşdirib. Bütün bunlardan sonra Azərbaycan hakimiyyəti “uca səslə” dünyadan Xocılada baş verənlərə hüquqi qiymət tələb edir.
Heydər Əliyevə 15, Xocalıya 5 abidə
•