ABŞ məhkəməsi casus azərbaycanlıları zaminə buraxmadı

Rusiyaya qeyri-qanuni yolla texnologiya ötürən həmvətənlərimiz barədə həbs-qəti imkan qərarı dəyişilməyib

ABŞ məhkəməsi Rusiyaya qeyri-qanuni olaraq texnologiya ixrac edilməsi işi ilə bağlı həbs edilmiş azərbaycanlılar haqqında həbs-qəti imkan qərarını dəyişməyib. Onların zaminə buraxılmasına dair müraciət rədd edilib. Belə ki, hakim Corc Hənd Sevinc Tağıyevanın zaminə buraxılması rəyinə rədd cavabı vermişdir. O bunu onunla əsaslandırdı ki, Sevinc Tağıyevanın Azərbaycan vətəndaşı olması təsdiq olunub. Onun ABŞ”da qohumları yoxdur, Amerikadaki işçi vizası da artıq başa çatıb. Bu səbəbdən onun qaçmaq riski böyükdür.

Şövkət Abdullayevin şəxsiyyət vəsiqəsi isə Azərbaycan vəsiqəsi deyil. O, pul müqabilində zaminə burağılma hüququndan özü imtina etmişdir. Azərbaycanın ABŞ-daki səfirliyindən verilən məlumata görə isə Sevinc Tağıyevanın məsələsi ilə bağlı ABŞ məhkəməsinə məktubla müraciət edilib. Məktubda onun hüquqlarının ABŞ qanunvericiliyi və beynəlxalq hüquq normalarına uyğun şəkildə qorunmasını xahiş edilir. (ANSPRESS)