Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsindən Modern.az-a verilən məlumata görə, adı çəkilən şəxslərə çağırış vərəqəsi göndərilməyib.
“Çünki onlar hələ ali təhsillərini bitirməyiblər”, – deyə İdarədən bildirilib.
***
Gülər Əhmədov ətrafında cərəyan edən hadisələr fonunda yeni məlumatlar ortaya çıxıb. AzNews.az-a daxil olan məlumata görə, G.Əhmədovanın 2 oğlu hərbi xidmətdən yayındığına görə, onlara yenidən çağırış vərəqəsi göndərilib.
Nərimanov rayonu, Atatürk prospekti 41, mənzil 31 ünvanında yaşayan 1987-ci il Əhmədov Toğrul Fikrət oğlu və 1989-cu il təvəllüdlü Əhmədov Əkbər Fikrət oğlunun bu müddət ərzində hərbi xidmətdən yayındığı da daxil olan məlumatlar arasındadır. Belə ki, T.Əhmədova hələ 2003-cü ildə çağırış vərəqəsi göndərilsə də, bu müddət ərzində o, vətənə olan borcunu yerinə yetirməyib.
G.Əhmədovanın kiçik oğlu Lomonosov adına Universitetdə təhsil alıb.
AzNews.az-a daxil olan başqa məlumata görə isə, keçmiş millət vəkillərinin övladları artıq Azərbaycanı tərk ediblər.