Gülər Əhmədovanın həyat yoldaşı işdən azad olundu

Sabiq millət vəkili Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov AzTV-də işdən azad olunub.
AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım “Modern.az” saytına deyib ki, o, öz istəyi ilə işdən çıxıb: “Fikrət Əhmədovun AzTV-dən ayrılması onun öz istəyi ilə həyata keçib. Telekanal rəhbərliyi onu işdən uzaqlaşdırmayıb. Sadəcə, Fikrət  Əhmədov bu yaxınlarda özü rəhbərliyə ərizə ilə müraciət edərək, işdən çıxmaq istədiyini bildirib. Səbəbini də bilmirik. Onun hazırda nə işlə məşğul olması barəsində heç bir məlumatımız yoxdur”.
F.Əhmədov 1995-ci ildən AzTV-də reklam şöbəsinin müdiri işləyib.
“Modern.az” etibarlı mənbəyə istinadla bildiri ki, F.Əhmədov ağır xəstəlikdən əziyyət çəkdiyi üçün bir müddət öncə əməliyyat olunub və buna görə də işdən ayrılıb.