2012-ci ilin Nobel mükafatı Çin yazıçısı Mo Yana verildi. İsveç Kral Akademiyası onun “hallüsinasiyalı realizm”ini yüksək qiymətləndirdiyini bildirib.
O, mükafata ən şanslı yazarlardan sayılırdı. Hətta Lavrobes mərc saytında da mükafatı almağa ən şanslılar arasında yapon yazıçısı Haruki Murakamidən sonra ikinci sayılırdı.
Yazıçı 1955-ci ildə Çində anadan olan yazıçı öz romanları və hekayələri ilə 1980-ci illərdən şöhrət qazanmağa başlayıb. Mo Yan təxəllüsdür. Onun əsl adı Guan Moye-dir. Valideynləri fermer olublar.
12 yaşında məktəbi ataraq işləməyə başlayıb. Əvvəlcə kənd təsərrüfatı sahəsində, daha sonra isə fabrikdə. 1976-cı ildə Xalq Azadlıq Ordusuna qoşulub və ədəbiyyatla da həmin dövrdə ciddi məşğul olmağa, yazmağa başlayıb.
İlk hekayəsi 1981-ci ildə çap edilib.
Erkən yazılarında Mo Yan oğru dünyası, yapon işğalı və kasıb kəndlilərin üzləşdiyi məhrumiyyətlərdən yazır.
Onun 2000-ci ildə çap olunan “Şərab Respublikası” romanı Çin cəmiyyətini kəskin tənqid edir.
Çində romana “təxribatçı” damğası vurublar.
Mo Yanın “Wa” adlanan sonuncu romanı Çində “hər ailədə yalnız 1 uşaq” siyasətinin nəticələrinə işıq salır.
“Azadlıq” radiosu