47 nəfər xəstəxanaya düşdü
Oktyabrın 9-da Tərtər rayonunun Ələsgərli kəndində, kənd sakini Eldar Əliyevin keçirdiyi toy məclisindən qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, toydan zəhərlənmə ilə 47 nəfər xəstəxanaya aparılıb.
Həmin şəxslərə ilkin tibbi yardım göstərilib və evə onlar buraxılıblar.