Ramiz Mehdiyevin ölkədə olmadığı təsdiqləndi

«Azadlıq»ın məlumatına Əli Həsənovdan reaksiya gəldi

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin Avropa ölkələrindən birinə səfər etdiyi barədə məlumat vermişdik. Bildirmişdik ki, Ramiz Mehdiyevin səfəri səhhətində yaranmış problemlərlə bağlıdır. Həmçinin qeyd etmişdik ki, bəzi məlumatlarda PA rəhbərinin Almaniyada olduğu deyilir.
“Azadlıq”ın yazdıqları təsdiqini tapıb. Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənov “Yeni Müsavat”a açıqlamasında Ramiz Mehdiyevin məzuniyyətdə olduğunu söyləyib: “Burada qeyri-adi nə var ki? Ramiz Mehdiyev Avropa ölkələrindən birinə gedə bilməzmi?
Ramiz Mehdiyev qısamüddətli məzuniyyətdədir. Hansı ölkəyə, niyə gedib, bu, artıq onun öz şəxsi işidir. Qalan məsələlərin hamısı şayiədir. Onun hara, niyə getməyinin isə heç kimə aidiyyatı yoxdur”.