“Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Bakı Dövlət Universiteti ərazi təşkilatının üzvüdür, onun partiyadan çıxarılması məsələsi təşkilatın növbəti iclasında müzakirəyə çıxarılacaq”.
Bunu Lent.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov söyləyib. Siyavuş Novruzov deyib ki, iclasın gecikməsinin səbəbi var: “Yasamal rayon təşkilatının sədri burada yoxdur, ona görə də ərazi təşkilatının iclası hələ keçirilməyib. Ərazi təşkilatının iclasında Yasamal rayon təşkilatından nümayəndə iştirak etməlidir. Yasamal rayon təşkilatının sədri gələndə ərazi təşkilatında iclas keçiriləcək və bu iclasda da Gülər Əhmədova ilə bağlı qərar veriləcək”.