Avropanın ilk hicablı bələdiyyə sədri

Bosniya Hersoqovinada keçirilən bələdiyyə seçkisində Visoko şəhərinin hicablı namizədi Amra Babiç qalib gələrək bu şəhərin bələdiyyə sədri oldu. Səslərin 29.39 faizini toplayan Babiç Bosniyanın və Avropanın ilk hicablı bələdiyyə sədridir. Daha əvvəl bələdiyyə məclisinin üzvü olan Amra Babiç bosniyalı mərhum lider – Müdrik Kral ləqəbli Aliya İzzətbəyoviçin yaratdığı Demokratik Hərəkat Partiyasının (SDA) üzvüdür. Bundan başqa Amra bu ölkədə baş vermiş müharibədə ölən əsgərlərin ailəsinə yardım edən qeyri hökumət təşkilatının da sədridir.