heyder-heykel-mexiko

CNN də Heydər Əliyevin heykəlinə etirazdan bəhs etdi

heyder-heykel-mexiko“Onun hazırda prezident olan oğlu neft pullarından Mexikoda park salınmasına 5 milyon dollar xərcləyib”

CNN-nin «GPS» proqramı “Azadlıq” radiosunun «Heydər Əliyev heykəlləri» xəritəsinə müraciət edib. Proqram aparıcısı Fərid Zəkəriə Meksika paytaxtındakı «İslahatlar prospektindəki» heykəllərdən söhbət açaraq izah edir: «Heykəllər şahmat fiqurları kimi bir-birinin ardınca quraşdırılaraq bəziləri yerli qəhrəmanları, bəziləri də dünya miqyaslı şəxləri tərənnüm edir. Burada Qandi, Xristafor Kolumbu və Abraham Linkolnun heykəllərini görürük. Sonuncu heykəl Heydər Əliyevindir. Sizdə sual yarana bilər ki, Heydər Əliyev kimdir?  Elə yerli sakinlər də eyni sualı verirlər».

Daha sonra aparıcı Heydər Əliyevi tamaşaçılara təqdim edib. Deyib ki, Heydər Əliyev neft ölkəsinin avtoritar lideri olub və 10 il əvvəl vəfat edib. Onun hazırda ölkənin prezidenti olan oğlu neft pullarından Mexiko şəhərində park salınmasına 5 milyon dollar pul xərcləyib. Onların birində – Azərbaycan parkında da heykəl ucaldılıb.

Bunun ardınca Şərqi Avropada və Asiyada ucaldılan Heydər Əliyev heykəllərinin şəbəkəsini göstərən müəllif fikrini belə tamamlayıb: «Ola bilər ki, tezliklə belə heykəllərdən biri də sizin qonşuluğunuzdakı parkda peyda olsun».