Gürcüstanın yeni hökumətinin tərkibi açıqlandı
Gürcüstanda parlament seçkilərində qalib gələn “Gürcü arzusu” müxalifət koalisiyasının lideri Bidzina İvanişvili Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb. Beləliklə Gürcüstanın yeni hökumətinin tərkibi aşağıdakı kımıdır:
Baş nazir- Bidzina İvanişvili
Daxili işlər naziri – İrakli Qaribaşvili
Xarici işlər naziri – Maya Pandjikidze
Müdafiə naziri – İrakli Alasaniya, həmçinin baş nazirin müavini
Ədliyyə naziri – Tea Çulukiani
Səhiyyə və sosial müdafiə naziri- Amiran Qamkrelidze
Regional inkişaf və infrastruktir naziri – Kaxa kaladze, baş nazirin ikinci müavini
Cəzaların icrası, probasiya və hüquqi yardım naziri – Sozar Subari
Diaspor məsələləri üzrə nazir – Kote Surquladze
Kənd təsərrüfatı naziri – David Kirvalidze
Avropa və Avroatlantik inteqrasiya işləri üzrə nazir – Aleksi Petriaşvili
Mədəniyyət və abidələrin müdafiəsi naziri – Quram Odişariya
Reinteqrasiya işləri üzrə nazir – Paata Zakareişvili
Gənclər və idman naziri – Levan Kipiani
Yeni hökumətdə vacant yerlər də qalıb. Ölkənin Maliyyə naziri, Təbiətin müdafiəsi naziri, Təhsil naziri, Energetika naziri, İqtisadiyyat naziri, Qaçqınların işi üzrə nazirliyə hələki təyinat yoxdur. İvanişvili hökumətlər yanaşı bəzi dövllət qurumlarının rəhbərlinin da adını açqılayıb. Dövlət Audit Xidmətinin rəhbəri Revaz Şavişvili, Milli Bankın prezidenti Nodar Cavaxişvili, Baş prokuror Arçil Kbilaşvili. Gürcüstan parlamentinin sədrliyinə David Usupaşvilinin, onun müavinliyinə isə Manana Kobaxidze,
Zurab Tkemaladze və Zurab Abaşidzenin namizədliyi irəli sürülüb.
Yeni hökumətdə yer alacaq nazirlər hazırki prezident Mixail Saakaşvili ilə razılaşdırıldıqdan sonra köhnə kabinet üzvləriylə tanış olacaqlar. Qeyd edək ki, yeni kabinet oktyabrın 20-də parlamentin yeni tərkibdə ilk iclasının keçirildiyi gün fəaliyyətə başlayacaq.