Küveyt əmiri Sabah əl–Əhməd əs–Sabah ölkə parlamentini buraxaraq yeni parlament seçkisinin keçirilməsini labüd edib. Əmirin qərarı barədə Küveyt dövlət mediası məlumat yayıb. Parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi Küveyt müxalifətinin əsas tələbi olub.
Müxalifətin tətilinə görə parlament bir neçə aydır kı toplaşa bilmirdi. Küveyt parlamenti Körfəz ölkələrindəki seçkili qurumlar arasında ən geniş səlahiyyətlərə malik olanıdır, parlamentdəki müxiləfətdən olan millət vəkilləri isə açıq tərzdə hakim ailəni təngid edirlər. Bununla belə hakim Sabah ailəsi Küveytdə həlledici hökümət vəzifə və postlarına nəzarəti əlində saxlayır. Bir sıra deputatlar, eləcə də ölkə müxalifəti əmirin bu addımınının qaçılmaz olduğunu və bunun mövcud siyasi böhranın aradan qalxmasına köməklik göstərəcəyinə ümid etdiklərini bildiriblər.
BBC Azərbaycan