“Gürcü arzusu”: 150-dən 83

Gürcüstanda oktyabrın 1-də keçirilmiş parlament seçkisində müxalif “Gürcü arzusu” blokunun qalib gəldiyi dəqiqləşib. Son məlumata görə, bu blok 150 yerlik parlamentdə 83 mandatla təmsil olunmaq hüququ qazanır. 44 mandat proporsional, 39 mandat majoritar sistem üzrə əldə olunub.

Vahid Milli Hərəkat Partiyası partiya siyahıları üzrə 33, təkmandatlı dairələrdə 34 mandat əldə edərək 67 deputat kürsüsü ilə kifayətlənir (“Media forum”).